"Mən Rusiya Prezidenti Vladimir Putindən bölgədəki həddindən artıq soyuq havayla bağlı Kiyevi və digər şəhərləri bir həftə vurmamasını xahiş etdim və o da razılaşdı".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald  Tramp Ağ Evdə keçirilən 2026-cı ilin ilk hökumət iclasında deyib.

Tramp əmnlə bildirib ki, Putin onunla razılaşıb və Kiyevi və ətrafını bir həftə bombalamayacaq. 

Samir MUSAYEV

MİA.AZ