Xəzər dənizinin geri çəkilməsi nəticəsində Lənkəran şəhəri ərazisində nəhəng beton bünövrələr üzə çıxıb.

Mia.az "Unikal"a istinadən xəbər verir ki, bu massiv çay daşlarından inşa edilib və bir vaxtlar sahilboyu ərazilərdə mövcud olmuş mühafizə sədlərinin bünövrəsi olduğu ehtimal olunur.

Sonradan dəniz suyunun irəliləməsi nəticəsində həmin beton divarlar uzun müddət suyun altında qalıb. Lakin son illərdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi sahilboyu ərazilərdə bu bünövrələrin yenidən görünməsinə səbəb olub.