Dövlət Sərhəd Xidmətində (DSX) yüksək vəzifəyə təyinat olub.

Mia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Vəzifədə irəli çəkilənlərdən biri də general-mayor Azad Abdullayevdir. General DSX-nin Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi təyin edilib.

“Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş A. Abdullayev bu təyinata qədər diviziya komandiri kimi xidmət göstərib.