ABŞ-ın nəhəng texnologiya şirkəti "Google" ağıllı cihazlarının istifadəçilərini gizlicə dinləyirmiş.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "The Hill" qəzeti qəzeti Şimali Kaliforniya federal məhkəməsində keçirlən məhkəmədən reportaj hazırlayıb.
Məhkəmədə ifadə verən "Google"ın rəsi nümayəndəsi şirktəə qaldırılmış gizli dinləmə iddiasını etiraf edib. O, bunu səs köməkçisi texnologiyası olan "Google Assistant"in funksiyası ilə əlaqələndirib: "Şirkət rəsmisi məhkəmədə deyib ki, sistem müvafiq cihazdakı düymə bağlanmadığı halda, avtomatik istifadəçilərin şəxsi söhbətlərini qeydə alır. Google ağıllı telefonları, ağıllı ev dinamikləri, noutbuklar, planşetlər və simsiz qulaqlıqlar da daxil olmaqla bir çox məhsullarda bu səbəbdən gizli dinləmə avtomatik həyata keçirlib".
Google şirkəti prosesdə onlara qarşı iddia qaldıranlara 68 milyon dollar təzminat ödəməyə razılaşıb.
ABŞ-ın digər texnologiya nəhəngi olan Apple şirkəti də 3 yanvarda səs köməkçisi texnologiyası "Siri"nin istifadəçi məxfiliyini pozduğu iddiası ilə kollektiv iddia qaldıraraq 95 milyon dollar ödəməyə razılaşdı.
Samir MUSAYEV
MİA.AZ