Bu gün Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç olub.
Mia.az xəbər verir ki, bu dəfə Badara kəndinə 15 ailədən ibarət 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailədən ibarət 34 nəfərin kçürülməsi təmin olunub.
Bununla da Badara kəndinə daimi qayıdan ailələrin sayı 73-ə (286 nəfər), Seyidbəyli kəndinə qayıdan ailələrin sayı isə 69-a (250 nəfər) çatıb.