Çində ölkənin ən yüksək rütbəli generalı və ordunu faktiki idarə edən Mərkəzi Hərbi Komissiyanın (CMC) sədr müavini, general Çjan Yuksiya sensasiiyalı ittihamla üzləşib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ölkənin nüvə və digər mühim sirlərinin ABŞ-a satmaq ittihamı üzrə mühakimə olunur.
Məlumata görə, Çin prezidenti Si Cinpin ilə uzun müddətdir ailə dostluğu olan Çjan Yuksiya orduda əsas adam olub: "O, ordudakı təyinatlarda müstəsna rol oynayan biri kimi, həm də bütün hərbi sirlərə vaqe olub. Təbii ki, dövlət başçısı ilə şəxsi ailə dostluğu ona böyük qapıları açıb. İndisə general Çjan Yuksya hərbi texnika və modernləşdirmədən məsul olan bölmədə vəzifə yüksəlişləri və təyinatlarda rüşvət almaq və ən əsası, ölkənin mühim nüvə sirlərindən tutmuş, digər məxfi məlumatlara qədər ABŞ-a satmaqla günahlandırılır".
Xəbərdə deyilir ki, ona cinayət işi yanvarın 19-da açılıb: "Generalın əməli ortaya çıxan kimi, ona bağlı olan çoxsaylı yüksək rütbəli hərbçilər işdən çıxarılıb...".
"Wall Street Journal" qəzeti yazır ki, generalla yanaşı, Çinin hərbi və mülki nüvə proqramlarını idarə etməkdən məsul olan Çin Milli Nüvə Korporasiyasının (CNNC) keçmiş rəhbəri də istintaqa cəlb olunub: "Silahlı qüvvələrdə korrupsiya araşdırmaları sürətlə davam edir...".
Firudin Səfərli
MİA.AZ