Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya, ABŞ nümayəndələri arasında üçtərəfli görüş olub.

Mia.az xəbər verir ki, tərəfləriin budəfəki görüşü 4 saata yaxın çəkib.

Məlumatda deyilir ki, görüş də müzakirə olunan məsələlər bu gün davam etdiriləcək.

***

Bu gün tərəflər arasında atəşkəs və daim sülhlə bağlı danışıqların ikinci raundu davam etdirilib.

Mia.az xəbər verir ki, az əvvəl müzakirələr başa çatıb.

Məlumata görə, ikinci görüş də təxminən 4 saat çəkib. Danışıqlarda irəliləyiş olub-olmaması isə bəlli deyil.

Tərəflər bu barədə açıqlama verməkdən yayınıblar. Yalnız o bildirilib ki, danışıqlar gələn həftə davam etdiriləcək.

Samir 

MİA.AZ