ABŞ prezidenti Donald Trampın təyyarəsində problem yaranıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.
Bildirilib ki, İsveçrəyə uçan ABŞ Prezidenti Donald Trampın təyyarəsinin havada elektrik bölməsidə nasazlıq aşkarlanıb: "Bu səbəb dən ehtiyat tədbiri olaraq təyyarə Vaşinqtona geri dönüb. Tramp səfərə yeni bir təyyarə ilə yollanıb".
Ağ Evin sözçüsü Karolin Livitt bildiirb ki, təyyarədə qəfildən bütün işıqlar sönüb: "Bu texniki nasazlıq səbəbiylə geri qayıdan ABŞ Prezidenti Davos səfərinə yeni təyyarə ilə yola düşüb".
Xəbərdə deyilir ki, ənənəvi olaraq, ABŞ prezidentləri növbə ilə iki AF1 prezident təyyarəsindən istifadə edirlər.
Samir MUSAYEV
MİA.AZ