ABŞ prezidenti Donald Tramp İranın ona qarşı sui-qəsd  ehtimalı barədə sensasiyalı bəyanat verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, "News Nation"a müsahibəsində şəxsinə qəsd halında İranın məhv ediləcəyini açıq dillə ifadə edib.

Tramp bildirib ki, əgər ona qarşı sui-qəsd cəhdi edilərsə, İranın məhvinə göstəriş verib: "İranın mənə qarşı sui-qəsd təhdidləri eşdirım. Əgər bunu həyata keçirməyə çalışarlarsa, o zaman İranın yer üzündən silinməsi üçün çox aydın təlimatlar vermişəm. İran xəritədən silinəcək. Əmrimi vermişəm. Mən onlara mütləq çox sərt zərbə vuracağam".

Tramp daha sonra keçmiş prezident Co Baydeni İranın ona yönəlmiş sui-qəsd təhdidlərinə kifayət qədər cavab verməməkdə günahlandırıb.

Samir MUSAYEV

MİA.AZ