Bu gün saat 01:52-də Ağsu rayonunda 3,3 maqnitudada zəlzələ olub.
Mia.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata əsasən, zəlzələ 3 bal gücündə hiss olunub. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.