ABŞ Prezidenti Donald Tramp Prezident Rəcəb Tayyib Ərdoğanla telefonda danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün Ağ Evdən çıxarkən jurnalistlərə açıqlamasında deyib.

O, jurnalistlərin sualına cavabda bildirib ki, Ərdoğanla çox yaxşı və məhsuldar telefon danışığı aparıb.

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən fakt təsdiqlənib. Qeyd edilib ki, Prezident Ərdoğanla ABŞ Prezidenti Tramp arasında keçirilən telefon danışığında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal inkişaflar müzakirə olunub: "Prezident Ərdoğan Türkiyənin Suriyadakı hadisələri yaxından izlədiyini və Suriyanın birliyinin, həmrəyliyinin və ərazi bütövlüyünün vacibliyinə diqqət çəkib"

Müzakirə prosesində İŞİD-ə qarşı mübarizə və Suriya həbsxanalarındakı İŞİD üzvlərinin vəziyyəti də müzakirə edilib: "Ərdoğan terrordan azad və dinc Suriyanın regionun sabitliyinə töhfə verəcəyini bildirib".

Daha sonra tərəflər Qəzzadakı son vəziyyət ətrafında müzakirə aparıblar. Ərdoğan Trampa Türkiyəni Qəzza Sülh Şurasına dəvətinə görə təşəkkür edib.

Samir MUSAYEV

MİA.AZ