"Mən Trampa dəfələrlə və aydın şəkildə bildirmişəm ki, Nobel Sülh Mükafatı Norveç hökuməti yox, müstəqil Nobel Komitəsi tərəfindən verilir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Norveçin Baş naziri Jonas Gar Store Trampın ona Nobelmükafatı il bağlı yazdığı "incik məktubu"una cavabda deyib.
Baş nazir ABŞ prezidentindən belə küsgün xarakterli məktub aldıqlarınə təsdiqəyib: "Cənab Tramp, sizə dəfələrlə dediyim sözü yenə təkrarlayıram. Nobel Sülh Mükafatının veriləmə prosesuru və verən quurm var. Bu, hər kəsin bildiyi bir faktdır. Mükafatı Norveç hökuməti deyil, təkrar edirəm: müstəqil Nobel Komitəsi verir".
Baş nazir daha sonra Finlandiyanın Baş naziri vasitəsiylə Trampa aradakı gərginliyi azaltmağa çalışdıqlarını da deyib.
O daha sonra Trampın Qrenlandiyaya görə 8 Avropa ölkəsinə əlavə tarif tətbiq etmək qərarını pisləyib: "Norveçin Qrenlandiya ilə bağlı mövqeyi aydındır. Qrenlandiya Danimarka Krallığının bir hissəsidir. Norveç bu məsələdə Danimarka Krallığını dəstəkləyir. Biz həmçinin NATO-nun Arktikada təhlükəsizlik və sabitlik fəaliyyətlərini gücləndirməsini dəstəkləyirik".
Xatırladaq ki, Tramp Norveç Baş nazirinə Nobel mükafatı ilə bağlı incik, eyni zamanda, təhdid xarakterli açıq mesaj yollayıb: "Hörmətli Jonas: Sülh həmişə prioritet olsa da, ölkənizin mənə Nobel Sülh Mükafatını verməmək qərarına gəldiyini nəzərə alsaq, yalnız sülh haqqında düşünməyə məcbur deyiləm. Artıq ABŞ üçün nəyin yaxşı və uyğun olduğunu düşünə bilərik".
Tramp adaya iddiasına gəlincə, belə maraqlı izahat verib: "Niyə o adada onların mülkiyyət hüquqları var? O barədə yazılı sənəd yoxdur, sadəcə yüz illər əvvəl orada bir qayıq lövbər saldığını deyirlər. Lakin bizim də qayıqlarımız orada lövbər salmışdı. Mən NATO-nun yarandığı gündən bəri hər kəsdən daha çox iş görmüşəm, indi NATO ABŞ üçün bir şey etməlidir. Qrenlandiya üzərində tam və mütləq nəzarətimiz olmadığı təqdirdə, dünya təhlükəsiz deyil."
Samir MUSAYEV
MİA.AZ