ABŞ Prezidenti Trampın İrandakı aksiyaçılara "Kömək yoldadır" mesajından iki gün ötsə də, nə gözlənilən dəstək gəldi, nə də qonşu ölkəyə açıq hərbi müdaxilə oldu. Dünya mediası bunu İranın ABŞ-ın bölgədəki hərbi bazalara cavab zərbəsi ehtimalı ilə yanaşı, ərəb ölkələri və Türkiyənin Trampdan israrla "hücuma gərək yoxdur" xahişləri ilə əlaqələndirirlər. Lakin Ağ Ev sözçüsü bu iddiaları təkzib edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə açıqlama verən Ağ Evin sözçüsü Karolin Livit gerçəyi danışıb.

O, Trampın sərt xəbərdarlığından sonra İranın həbs edilən ən azı 800 etirazçınn edamını dayandırdığını və bunun da hərbi müdaxiləni arxa plana geçirdiyini vurğulayıb: "İran rejimi dünən üçün planlaşdırılan 800 edamı dayandırıb. Tramp və komandası hazırsda vəziyyəti çox yaxından izləyir. Bəli, indi orada proseslər öyrənilir və deyə bilərəm ki, bütün variantlar qüvvədə qalır. Prezident Tramp İran rejiminə etirazçıların öldürülməməsi barədə xəbərarlığını edib. Əgər edam və ya öldürülmə halları davam edərsə, bunun ciddi nəticələri olacağını İran rejimi bilir"

Samir MUSAYEV

Mia.az