Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib.

Məlumata görə, o, Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

***

İsveç Krallığının Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirilib.

O, sabah saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) dfən olunacaq.

***

Milli Qəhrəman Şahin Tağıyevlə vida və dəfn mərasimi sabah saat 11:00-də keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə APA-ya mərhumun ailə üzvləri məlumat verib.

O, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.

Qeyd edək ki, onun cənazəsi bu gün axşam Bakıya gətiriləcək.

Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.