Elm və Təhsi Nazirliyinin Baş Əsaslı Təmir-Tikinti İdarəsinin sabiq rəhbəri Allahverdi Dəmirovun Biləcəridə icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər.

Mia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, əvvəldən tanıdığı Rafiq Vəliyev yalan vəd verərək S.Dəmirlini ona 400 min manatdan çox pul verməyə razı salıb.

Lakin dələduzluq əməli başa çatmayıb. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb.

Misir Mərdanovun qohumuna qarşı 400 minlik DƏLƏDUZLUQ - FOTO

Fotoda Seyfəddin Dəmirli

R.Vəliyev barəsində sonradan həbslə bağlı olmayan "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıblar.