ABŞ Dövlət Departamenti 75 ölkə vətəndaşları üçün bütün növ viza prosedurlarını dayandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Ağ Evin sözçüsü Karolin Livitt açıqlama verib.
O bildirib ki, başda Rusiya, Braziliya, İran, Brazilya olmaqla, 75 ölkə vətəndaşlarına ABŞ-a girş qadağan olunub: ""Fox News"un bu barədə xəbəri doğrudur. Qərar, əslində, yanvarın 21-dən qüvvəyə minəcək. ABŞ administrasiyası Rusiya, Braziliya, İran, Somali, Əfqanıstan, Tayland, Misir, İraq və Nigeriya da daxil olmaqla, ümumilikdə 75 ölkə ilə bağlı belə bir qərar verib".
Samir MUSAYEV
MİA.AZ