"Rusiya Ukraynada qış oolmasına baxmayaraq, mülki əhalinin istifadə etdiyi infrastrukturu vurur. Bu, insanların sağ qalma sistemlərini sıradan çıxarmaq deməkdir. Təbii ki, qəbuledilməzdir. Moskva bu hücumlara dərhal son qoymalıdır"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) "Ukraynada sülhün və təhlükəsizliyin qorunması" başlığı altında keçirilən iclasında qurumun Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo açılış nitqində deyib.
O, Rusiyanın son genişmiqyaslı hava hücumlarının dəhşətli dərəcədə dağıntı və əzablara səbəb olduğunu bildirib: "Yeni ilin başlanğıcı Ukraynaya heç bir sülh və ya rahatlıq gətirmədi, əksinə yeni münaqişə və dağıntı gətirdi. Rusiya, xüsusən də enerji infrastrukturunu hədəf alan hücumları ilə çoxlu mülki şəxslərin ölümünə və yaralanmasına səbəb oldu, üstəlik, milyonlarla ukraynalı uzun müddət elektrik enerjisiz, istiliksiz və susuz qaldı. Bu cür hücumlar beynəlxalq humanitar hüququ pozur. Harada baş verməsindən asılı olmayaraq, onlar qəbuledilməzdir, bağışlanmazdır və dərhal dayandırılmalıdır”.
Samir Musayev
MİA.AZ