"Beşiktaş" Emmanuel Aqbadunu komandaya cəlb edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərkəz müdafiəçisi ilə razılığa gələn ağ-qara komanda, onun klubu "Vulverhempton" ilə danışıqları davam etdirir.
Müdafiəçi üçün İngiltərə komandası ilə gərgin danışıqlar prosesi gedir.
"Beşiktaş" transferi 2 milyon avroluq icarə haqqı və alış seçimini özündə birləşdirən bir formula ilə yekunlaşdırmaq istəyir.
Transfer haqqı ilə bağlı danışıqlar davam edir.
Fərid
MİA.AZ