"Beşiktaş" "Latsio"da oynayan Tavares üçün danışıqlara başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Latsio"nun Tavares üçün yüksək transfer haqqı gözlədiyi bildirilir.

"Ağ-qara" komandanın bu rəqəmi aşağı salmaq üçün danışıqları davam etdirdiyi bildirilib.

Son iki ildə "Latsio"da 40 oyun keçirən Tavares bu oyunların 33-də start heyətində yer alıb.

25 yaşlı futbolçu komanda yoldaşlarına 10 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ