"Qalatasaray"ın razılığa gələrək İstanbula gətirdiyi Can Armando Günerin transferində gpzlənilməz problemlə üzləşib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, futbolçunun klubu olan "Borussiya Mönhenqladbax"la tam razılığa gələ bilmədiyi üçün oyunçu Almaniyaya geri qayıdacaq.

Yuxarıda qeyd olunan məsələ həll olunmazsa, Can Armandonun transferi mövsümün sonuna qədər təxirə salına bilər.

Can Armando ötən il mövsümün ortalarından bəri Almaniyanın Mönchengladbach U19 komandasında oynayır.

Argentina əsilli alman anası və türk atası olan Can Almaniya, Argentina və Türkiyə milli komandalarında oynamaq hüququna malikdir.

Fərid

MİA.AZ