"Beşiktaş" Qabriel Paulista ilə yollarını rəsmən ayırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubdan bu barədə açıqlama verilib:

"Peşəkar futbolçu Qabriel Armando de Abreu ilə müqaviləmiz qarşılıqlı razılaşma əsasında ləğv edildi. Klubumuza verdiyi töhfələrə görə Qabriel Paulista təşəkkür edir və bu qərarı ictimaiyyətə hörmətlə bildiririk."

Ailəvi səbəblərinə görə ağ-qara klubdan ayrılan Paulista, Brazilyada "Korintians"da oynayacaq.

Fərid

MİA.AZ