"Həm müharibəyə, həm də qarşılıqlı hörmət çərçivəsində danışıqlara hazırıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki,bu sözləri anın xarici işlər naziri Abbas Araqçi Tehranda xarici səfirlər və nümayəndəliklərn rəhbərləri ilə görüçdə deyib.
O, çıxışda ölkədəki küçə etirazlarından geniş danışıb. Nazir bildirib ki, etirazların dinc şəkildə başlasa da, sonradan zorakılığa çevrilib: "Sözsüz ki, burada xarici qüvvələrin hadisələrə müdaxilə faktları var. Bəli, İranda baş verən terror aktlarına ABŞ və İsrailin müdaxiləsi ilə bağlı çoxsaylı sənəd və dəlillərimiz var. Təəssüf ki, Qərb ölkələri terrorçuları qınamaq əvəzinə, polis qüvvələrimizi qınayır. Bunlar Qəzzada 70 mindən çox insanın qətliamını və ABŞ və İsrail tərəfindən mindən çox İran vətəndaşının öldürülməsini qınamayan ölkələrdir. Bu gün onlar İrandakı terrorçuları dəstəkləyirlər. Biz heç vaxt müharibə tərəfdarı olmamışıq, savaş istəmirik. Lkain bu o demək deyil ki, biz savaşdan çəkinirik. İran müharibəyə hazırdır. Buadan da açıq deyirəm: bizim qabaqlayıcı müharibə gündəmimizdə deyil. Heç bir ölkəyə birtərəfli qaydada zərbə endirmək niyətində də deyilik. Biz, eyini zamanda, danışıqlara da hazırıq. Lakin danışıqlar ədalətli, bərabər hüquqlara əsaslanan və qarşılıqlı hörmət çərçivəsində aparılmalıdır".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp son açıqlamasında İranın bir gün əvvəl görüş istəyi olduğunu açıqlayıb
Onu da xatırladaq ki, İrandakı etirazlarda ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verilməsə də, İran İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, plənlərin sayı 544 nəfərə çatıb. Onlardan 37 təhlükəsizlik işçisi, bir prokuror və səkkiz uşaq, qalanları isə nümayişçilərdir.
Tahir Şəlvəli
MİA.AZ