"Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən prezident olduğum müddətdə, bu, baş verməyəcək. Hərbi iştirak kifayət deyil. Mülkiyyət sahibi olmalısınız".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

O, NATO üzvü Danimarkanın inzibati ərazisi olan Qrenlandiyaya sahib olmaq iddiasınə yeniləyərək, ABŞ-ın buranı ilhaq etmək niyəti barədə suala cavabda daha sonra bildirib ki, ölkəsinin rəsqibləri olan Çin və Rusiya sualtı qayıqlarının və digər hərbi gəmilərin Qrenlandiya ətrafında cəmləşib: "Biz onlara hər hansı imkan tanımyacağıq. Biz bunla icazə verməyəcəyik. Qrenlandiyanı bu və ya digər şəkildə alacağıq. Ora ABŞ-ın olacaq"

Tramp bu iddianın NATO ölkələrinin birliyinə mənfi təsir göstərib-göstərməyəcəyini isə belə cavablandırıb: "Onların bizə bizim onlara ehtiyacımız olduğundan daha çox ehtiyacı var".

Samir MUSAYEV

MİA.AZ