İtaliyanın "İnter" klubu Türkiyə millisinin də üzvü olan Hakan Çalhanoğluylaə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub Hakan Çalhanoğlu ilə müqavilə müddətini 2029-cu ilə qədər uzatmaq istəyir.
Məlumata əsasən, Hakan da "İnter"də xoşbəxt olduğunu və yeni müqaviləni imzalamağa hazır olduğu gizlətməyib: "Tərəflər yaxın günlərdə yeni müqaviləyə imza atacaqlar"
Xəbərdə o da deyilir ki, Hakan Çalhanoğlunun hazırkı bazar dəyəri 22 milyon avrodur. O, bu mövsüm 21 matçda 7 qol vurub, 4 məhsuldar ötürmə verib.
Fərid ASLAN
MİA.AZ