Bu gün Şamaxı rayonunda zəlzələ olub.

Mia.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Pirqulu stanasiyasından 9 km cənubda, Şamaxı rayonunda saat 18.55-də zəlzələ 3.8 bal gücündə qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qızmeydanı, Qaleybuğurd və ətraf kəndlərdə 4-3 bala qədər hiss olunub.