"Qalatasaray"ın hücumçusu Barış Alper Yılmaz bu dəfə meydandakı oyunu ilə deyil, aldığı bahalı evlə gündəmə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İstanbulun Kemerburqaz bölgəsində 200 milyon TL-yə satışa çıxarılmış möhtşəm villanın qiymətini  25 milyon TL endirimlə alıb.

Məlumata görə, Viktor Osimhen və "Qalatasaray"ın baş məşqçisi  Okan Burukla qonşu olan hücumçu evə təxminən 4 milyon dollar sayaraq sənədləşmə işlərini yekunlaşdırıb. 

Fərid

MİA.AZ