ABŞ prezidenti Donald Tramp 12 gündür etiraz aksiyalarınn davam etdiyi İran lderlərini növbəti dəfə hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, 38 nəfərin öldürüldüyü, 3 mindən çox həbsləri olduğu nümayişləri yaxından izlədiklərini bildirib.

Tramp bildirib ki, rejim qüvvələri etirazlarda insanlar öldürülərsə, buna seyrçi qalmayacaq: "Bu halda İrana çox sərt zərbə vuracağıq"

"The Hugh Hewitt Show" verilişində çıxış edən Tramp qeyd edib ki, aksiyalarda insanların həyatını itirdiyini bilir: "Lakin məsuliyyətin bir tərəfə və ya digər tərəfə yüklənə biləcəyindən tam əmin deyiləm. İzləyirik. Bu cür hərəkətlər davam edərsə, İran ağır bədəl ödəyəcək. Onlar çox pis vəziyyətdədirlər. Mən də onlara təkrar səslənirəm: əgər onlar əvvəllər olduğu kimi, insanları öldürməyə başlasalar,  biz onları (İranı) çox sərt cəzalandıracağıq"

Zülfiyyə Mustafayeva

MİA.AZ