Dövlət Gömrük Komitəsinin (DGK) İnfrastrukturun İnkişafı İdarəsinin rəisi Abuzər Məmmədov işdən çıxarılıb.
Bununla bağlı DGK sədri general-leytenant Şahin Bağırov Əmr imzalayıb.
DGK-dan sorğumuza cavab olaraq bildirilib ki, Abuzər Bağır oğlu Məmmədov ötən ilin dekabrında son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib/Qafqazinfo.
Xatırladaq ki, son aylar gömrükdə bir çox idarə rəisləri vəzifədən azad edilib, bir neçə nəfər həbs edilib.
MİA.AZ