"ABŞ-ın Maduronun qaçırılması məqsədiylə Venesuelaya müdaxiləsi zamanı evdə olan 100 nəfər öldürülüb".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Venesuela Daxili işlər naziri Diosdado Kabello Dövlət televiziyası VTV-yə müsahibəsində deyib.
O bildirib ki, ABŞ hərbçiləri prezidentin evinə hücum edəndə, heç nəyə məhəl qoyymayıb: "Qarşlarına çıxan hər kəsi vurublar. Hətta evdə olan qadn xadiməçiləri belə. Nəticədə 100-dən çox ölən var, bir qədər yaralı var. Əməliyyat zamanı güclü bombalardan da istifadə olunub. Bu səbəbdən hadisə ilə əlaqəsi olmayanlar da ölüb və ya yaralanıb. Basqın zamanı prezident Nikolas Maduronun həyat yoldaşının başından, Maduronun isə ayağından yaralanıb...".
Nazir daha sonra deyib: "Ölkəmizə hücum dəhşətli idi, bu, bir faktdır. Heç kim bunu gizlədə bilməz. Venesuela xalqı nəcib və cəsur bir xalqdır."
ABŞ müdaxiləsi zamanı həlak olan kubalılara haqda danışan nazir onları dostları adlandırb: "Silahlı Qüvvələrdə yoldaşlarımız, Venesueladakı kubalı qardaşlarımız, polis əməkdaşları və evlərində yatarkən qəfil hücuma məruz qalan və öldürülən dostlarımız var idi".
Lamiyə
MİA.AZ