Suriya ordusu ölkəni bəzi şəhərlərində nəzarəti əlində saxlayan PKK-nın qolu kimi tanınan Suriya Demokratik Qüvvələrinə (SDQ/YPG) qarşı dünın saat 16.00 radələrində başlayan əməliyyatı davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Suriya ordusu Hələbdə SDQ qüvvələrini mühasirəyə alıb.
Məlumata görə, Suriya ordusu Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrini mühasirəyə alaraq terror təşkilatına qarşı ağır zərbələr endirir: "Yəqin ki, qısa zamanda ordu bu məhəllələri SDQ ünsürlərindən təmizləyəccəklər"
Məlumatda o da deyilir ki, toqquşmalarda çoxlu ölü itki və yaralananlar var ma qeydə alınıb.
Suriya hökuməti isə səhərə yaxın SDQ-yə ölümü deyil, yaşamı seçmək üçün daha bir çaırış edib.
Tahir Şəlvəli
MİA.AZ