"Qrenlandiya ABŞ-ın bir hissəsi olacaq, olmalıdır. Bu məsələdə ABŞ-la heç kim savaşmayacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Prezident Donald Trampın müşavirinin müavini Stiven Miller deyib.
CNN-ə müsahibə verən Miller bildirib ki, NATO maraqlarını qorumaq və Arktika bölgəsinin təhlükəsizliyini təmin etmək üçün Qrenlandiyanın ABŞ-ın bir hissəsi olması qaçılmazdır: "İndi əsl sual budur ki, Danimarka hansı hüquqla Qrenlandiya üzərində nəzarəti iddia edir?".
O, ABŞ-ın Qrenlandiyaya mümkün hərbi müdaxiləsinə ehtiyac olmadığını da deyib: "Hərbi əməliyyat haqqında düşünməyə və ya danışmağa belə ehtiyac yoxdur. Qrenlandiyanın gələcəyi üçün heç kim ABŞ-la hərbi güclə davranmayacaq".
Samir MUSAYEV
MİA.AZ