Türkiyənin "Qaziantep FK" məşhur futbolçu i Badou Ndiaye ilə yollarını ayırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub ötən il heyətinə cəlb etdiyi futbolçuyla müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verib.
Klubun yaydığı açıqlamada deyilir: "Formamızı sədaqətlə geyinən peşəkar futbolçumuz Badou Ndiaye ilə aparılan müzakirələrdən sonra onun müqaviləsi qarşılıqlı razılaşma ilə ləğv edilib. Badou Ndiayeyə klubumuza verdiyi töhfəyə görə təşəkkür edir və ona can sağlığı, xoşbəxtlik və karyerasının növbəti mərhələsində uğurlar arzulayırıq."
Fərid ASLAN
MİA.AZ