"Mançester Yunayted" klubu baş məşqçi Ruben Amorimlə yollarını ayırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Klub bu barədə yaydığı açıqlamada dəyişikliyi liqada 6-cı yerdə qərarlaşan komandanın uğursuzluğu ilə əlaqələndirib: "Klub Rubenə kluba indiyədək verdiyi töhfələrə görə təşəkkür edir və gələcək işində uğurlar arzulayır".
Xatırladaq ki, Amorimin rəhbərliyi altında "Mançester Yunayted" 63 matçda 25 qələbə, 15 heç-heçə və 23 məğlubiyyət qazanıb.
Fərid ASLAN
MİA.AZ