Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.

Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının aşağıdakı yeni tərkibi aşağıdakı kimi təsdiq edilib:

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi

Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru

"Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin İdarə Heyətinin üzvü

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü

"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü

Qeyd edək ki, indiyə kimi QHT Agentliyi Müşahidə Şurasına sədrlik edən Milli Məclisin deputatı Azay Quliyev sərəncamdan kənarda qalıb. Belə ki, o, Müşahidə Şurasının yeni tərkibinə daxil edilməyib. Dövlət başçısının müvafiq Sərəncamından sonra Azay Quliyev faktiki olaraq vəzifəsindən uzaqlaşdırılmış oldu.