Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqovun priofessor dərəcəsi ləğv olunub.
Bu barədə Mia.az-ın elektron poçtuna məlumat daxil olub.
Bildirilib ki, Ali Attestasiya Komissiyasının (AAK) Ekspert Şurasının rəyinə əsasən, AAK Komissiyasının Rəyasət Heyətinin 26 dekabr 2025-ci il tarixli iclasında Əminağa Sadıqovun professorluq diplomu saxta hesab olunaraq ləvğinə qərar verilib.
Yeri gəlmişkən, Ə.Sadıqov həm də AMEA-nın müxbir üzvüdur. AAK-ın bu qərarının onun üzvlüyünə necə təsir edəcəyini isə zaman göstərəcək.
Məsələ ilə bağlı Mİa.az rektora sorğu versə də, cavabsız qalıb.
Samir MUSAYEV
MİA.AZ