"Fənərbağça" klubunun İdarə Heyətinin üzvü Ertan Torunoğulları dünən narkoticarət ittihamı ilə saxlanılan Sadettin Saranla bağlı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Sadettin Saranın həbs zamanı problem yaşamadığını bildirib.

Qeyd edib ki, məhkəməinin ədalətli qərar verəcəyinə inanırlar: ""Biz Ali Türkiyə ədalətinə inanırıq. Bunu sabah hamımız birlikdə görəcəyik. Rəhbərlik və azarkeşlər olaraq Sadettin Saranın yanındayıq. Buradan azarkeşlərimizə müraciət edirik: sakit olun, rahat olun, idarə heyəti olaraq prosesi hüquqi aspektdən izləyirik, lazımi hüquqi işləri görülür".

Torunoğulları deyib ki, prezident Sadettin Saranla daim əlaqədədirlər: "Saran çox rahatdır. O, işimizi davam etdirməyimizi, sakit və rahat qalmağımızı istəyir. Prezidentimizin heç bir problemi və ya çətinliyi yoxdur. Biz ali Türkiyə ədalətinə inanırıq. "Fənərbağça" cameəsi birləşib və ayağa qalxıb. Bütün prosesi müzakirə edirik. Hər kəs bir şey etmək istəyir. Azarkeşlərimizə təşəkkür edirik. Onlar sakit qalmalıdırlar; idarə heyəti məsuliyyət daşıyır. Tezliklə birlikdə xoş xəbərləri paylaşacağıq. Yenə də təkrar edirəm, çempion olacağıq".

Fərid ASLAN

MİA.AZ