Ötən axşam Afrika Futbol Konfederasiyası tərəfindən təşkil edilən 35-ci Afrika Millətlər Kubokunun (AFCON 2025) bəzi qruplarında oyunlar keçirilib.

Mia.az xəbər verir ki, E və F qruplarında iki oyun baş tutub.

 E qrupunda Əlcəzair Sudanı 3-0, Burkina Faso isə Ekvatorial Qvineyanı 2-1 hesabı ilə məğlub edib.

F qrupunda Fil Dişi Sahili Mozambikə 1-0, Kamerun isə Qabona eyni hesabla qalib gəlib.

Fərid ASLAN

MİA.AZ