"Hələlik Türkiyədə mərc oyunları ilə bağlı problemlər var və "biz bu səbəbdən sizin ölkədə futbol oynamaq istəmirik" deyən oyunçularla rastlaşmamışıq".

Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, bu sözləri "Kocaelispor"un baş məşqçisi Səlçuk İnan deyib.

O bildirib ki, yanvarın 2-də başlayacaq transfer müddətində komandaya yeni oyunçuların cəlbində hazırda ölkədə davam edən mərc oyunları ilə bağlı həbslərin təsir edib-etməyəcəyini bilmədiyini qeyd edib: "Şəxsən mən heç vaxt mərz oyunlaırn pul qoymamışam, oynamamışam yəni. Həyatımda heç vaxt belə hal olmayıb. Bununla bağlı  istintaq orqanları artıq məşğul olur. İstəyim budur ki, bu, futbolumuza, xüsusiylə əcnəbi oyunçuların transfer prosesinə təsir etməsin..."

Fərid ASLAN

MİA.AZ