"Qalatasaray" mövsümün ilk yarısını lider tamamlayıb.

Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, "Qalatasaray" RAMS Parkda keçirilən "Kasımpaşa" matçın 10-cu dəqiqəsində Yunus Akgünün qolu ilə hesabı açıb - 1:0.

"Qalatasaray" 82-ci dəqiqədə Qabriel Sara, 88-ci dəqiqədə Mauro İkardinin qolları ilə fərqi 3-ı çatdırıb - 3:0.

Oyun bu hesabla başa çatıb.

Bu nəticə ilə "Qalatasaray" xalını 42-yə çatdırmaqla ilk mövsümü lider kimi tamamlayıb.  "Kasımpaşa" 8-ci məğlubiyyətini alıb.

Yeri gəlmişkən, "Qalatasaray"da dördüncü mövsümünü keçirən argentinalı hücumçu İkardi 110-cu rəsmi matçında 70-ci qolunu vurub. Bununla da o, avxtilə komandada oynayan əfsanəvi rımıniyalı qolçu  George Hagini keçərək "Qalatasaray" tarixində liqa matçlarında ən çox qol vuran əcnəbi oyunçu ünvanına sahiblənib.

Fərid ASLAN

MİA.AZ