Bu gün Ukrayna-Rusiya cəhbəsində Qara dəniz istiqamətində nəzarətdən çıxaraq Türkiyə ərazisinə yön alan kamikadze dronu həyəcan yaradıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qara dənizdə nəzarətdən çıxmış dron  Türkiyə hava məkanına yaxınlaşarkən aşkarlanıb: "Hava məkanımızın təhlükəsizliyini təmin etmək üçün NATO və milli nəzarətdə olan F-16 təyyarələrinə həyəcan siqnalı verilib. Hər hansı xoşagəlməz halın baş verməməmsi üçün dron  yaşayış məntəqələrindən kənarda - təhlükəsiz ərazidə vurulub."

Firudin Səfərli

MİA.AZ