Bir neçə gün əvvəl narkotik qəbulu, satışı, eyni zamanda, qrup seksi ittihamı ilə saxlanılan Türkiyənin "Habertürk" telekanalının Baş redaktoru Mehmet Akif Ersoyla aparıcısı Ela Rumeysa Cebeciun narkotiklə bağlı testlərinin cavabları bəlli olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həbs olunan vaxtı və ifadəsində "Mən heç vaxt narkotik istifadə etməmişəm" deyən jurnalist Mehmet Akif Ersoyun testi müsbət çıxıb.
Məlumata görə, Ersoyun qanında kokain aşkarlanıb: "Onunla yanaşı, saxlanılan, lakin ifadəsi alındıqdan sonra sərbəst buraxılarkən bütün iddiaları rədd edən xəbər aparıcısı Ela Rumeysa Cebecinin, o cümlədən Ufuk Tetik, Şevkiye Dilara Yıldız, Mustafa Manaz, Ebru Gülan və Buse Öztayın də qanında kokain və marixuana aşkar olunub. Həmin vaxt saxlanılan digər xəbər aparıcı Meltem Acetin test nəticəsi isə mənfi çıxıb. Yəni, onun qanında narkotik aşkarlanmayıb"
Xatırladaq ki, kanalın əməkdaşları İstanbul Baş Prokurorluğunun təqdimatı ilə saxlanılıb. Onlar haqqında açılan cinayət işi çərçivəsində istintaq davam edir.
Firudin Səfərli
MİA.AZ