Mədəniyyət Nazirliyində aparılan struktur dəyişikliyi çərçivəsində Media və kommunikasiya şöbəsi ləğv edilib.

Mia.az-ın məlumatına görə, ləğv edilən şöbənin əvəzinə müstəqil Media ilə iş sektoru yaradılıb.

Həmçinin Nazirlikdə Kommunikasiya sektoru formalaşdırılıb.

Qeyd edək ki, ləğv edilən şöbənin müdiri vəzifəsini Aynur Kərimova icra edirdi.(APA)