Bu gün Türkiyədə güclü zəlzələ olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, saat 13.15-də  Hatayın Antakya şəhərinə baş verən 4,2 bal gücündə zəlzələ 7 kilometr dərinlikdə olub.

Zəlzələdə ölən və yaralannan olmayıb.

Xatırladaq ki, 3 il əvvəl 6 fevralda Hatayda baş verən zəlzələlərdə 13 mindən çox bina dağılmışdı, minlərlə insan ölmüşdü.

Firudin Səfərli

MİA.AZ