Türkiyə Super Liqasının 16-cı turunda "Fatih Karagümrük" doğma meydanında Selcuk İnanın baş məşqçisi olduğu "Kocaelispor"u qəbul edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilən matçın ilk hissəsi 0-0 hesabı ilə başa çatıb.
65-ci dəqiqəsində isə ev sahibi komandadan Fofana hesabı açıb -1:0.
Oyunun əss vaxtına əlavəe dlmiş dəqiqələrdə isə Petkoviç "Kocaelispor"un bərabərlik qoluna imza atıb - 1:1
Bu nəticədən sonra Karagümrük 9 xalla sonuncu yerdə," Kocaelispor" isə 20 xalla 8-ci yerdə qərarlaşıb.
Fərid ASLAN
MİA.AZ