"Qaziantep" komandasının baş məşqçisi Burak Yılmaz "Göztepe"yə 1-0 məğlubyyərdən sonra keçirdiyi mətbuat konfransında istefa anonsu verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu oyunda əla oynasalar da, şanslarının gətirmədiyini deyib.
Burak Yılmaz bildirib ki, hər şey penaltini dəqiq yerinə yetirə bilmədiklərindən qaynaqlanıb: "Təbii ki, çətin bir matç oynadıq. "Göztepe" 3 ildir eyni üslubda sabit və effektli oynayır. Onlar uzun toplarla yaxşı oynayırlar. Biz isə müxtəlif səbəblərdən 7 oyunçusu bu matçda olmayan komanda kimi, yaxşı müdafiə və oynamağa çalışdıq. Penaltini qaçırdıqdan sonra qol buraxdıq. Qol vrmaq üçün çox çalışdığımız bir məqamda qol buraxdıq. İstifadə edə bilmədiyimiz qol fürsətlərimizi təəssüf ki, dəyərləndirə bilmədik".
Baş məşqçisi daha sonra oyun zamanı özünün və oyunçularının azarkeşlərin təhqirlərinə məruz qalmasına isə emosional şərh vberib. O, qarşıdakı iki matçdan sonra ilk mövsümün bitməsiylə istefaya gedəcəyini deyib: "Bu şəhərdə fərqli şeylər var. Mən buraya gələndə, komandanın 0 xalı vardı, bu gün Avropanı xəyal edən 23 xalla komandamız var. Bu gün məni təhqir etdilər, "Komanda niyə yaxşı oynamır?" dedilər. İnsanlar bir az dəyər bilməlidir. Qarşıdan gələn "Rizə" və "Başakşehir" matçlarında qlaib gəlib, burada daha olmayacam. Bu qərar məğlubiyyətlə əlaqəli deyil; mən və oyunçularım bu təhqirlərə layiq deyildik. Bəzən oyunçular formada, günündə olmaya bilər, amma bu, təhqirə əsas vermir".
Fərid ASLAN
MİA.AZ