Misli Premyer liqasının 15-ci turunun növbəti oyunu hazırda Yevlaxda keçirilib.
Mia.az xəbər verir ki, "Kəpəz" komandası "Qəbələ"ni qəbul edib.
38-ci dəqiqədə isə "Qəbələ"dən Sanqare qrımız kartla meydandan qovulub. Azlıqda qalmalarına baxmayaraq, "Qəbələ" topa daha çox nəzarət etsə də, "Kəpəz" hesabı açıb.
54-cü dəqiqədə Ryonosuke Ohori gəncəliləri önə çıxarıb.
Oyun bu hesabla başa çatıb.
Xatırladaq ki, Gəncə təmsilçisi olan "Kəpəz" ev oyunlarını müvəqqəti olaraq Yevlax stadionunda keçirilib.
Turnir cədvəlində sonuncu yerlərdə qərarlaşan bu iki komanda xal üçün bütün gücünü ortaya qoyacaq. Autsayder "Karvan-Yevlax"la eyni taleyi bölüşməmək üçün hər ikisinin xala ehtiyacı var. "Qəbələ"dən fərqli olaraq "Kəpəz" bu mövsüm daha motivasiyalı olub və ən azından son oyunlarında qol vurmağı bacarıb.
Bugünki nəticədən sonra isə "Qəbələ" 8 xalda qalıb, "Kəpəz" isə xalını 9-a çatdırıb.
Zülfiyyə Mustafayeva
MİA.AZ