Yevlaxın "Karvan" klubunun bu gün "Şamaxı"ya növbəti məğlubiyyətindən (0:3) sonra stadionda azarkeşlərlə komanda üzvləri arasında emosional anlar yaşanıb.
Mia.az xəbər verir ki, öz meydanında məğlubiyyətlə barışmayan azarkeşlər qonaqların 3-cü qolundan sonra öz komandasını fit səsiylə "topa tutub".
Azarkeşlər "oynaya bilmirsinizsə, çıxın gedin", - deyə səslənib. "Karvan" üzvləri azarkeşlərin könlünü ələ almaqçün tribunaya yaxınlaşmağa çalışıb, lakin, etirazla üzləşiblər.
Üstəlik, yevlaxlılar doğma komandanın acığına rəqibi alqışlarla meydandan yola salıb.
Yeri gəlmişkən, bu, "Karvan"ın ardıcıl 3-cü məğlubiyyətidir.
Zülfiyyə Mustafayeva
MİA.AZ