Bu gün Türkiyə super liqasında lider "Qalatasaray" "Samsunspor"la qarşılaşıb. 

Mia.az xəbər verir ki, saat 21.00-da başlayan oyunun 8-ci dəqiqəsində Sane hesabı açıb - 1:0

29-cu dəqiqədə isə Osimhen "Qalatasaray"ın daha bir qoluna imza atıb - 2:0.

56-cı dəqiqədə qonaqların oyunçusu Musaba fərqi azaldıb - 2:1.

88-ci dəqiqədə "Samsunspor" hesabı bərabərləşdirib - 2:2

90+2-də Osimhen aşırma zərbə ilə "Qalatasaray"ı yenidən önə çıxarıb - 3:2.

90+6-da qonaq komanda penalti gözləsə də, VAR hakimi "yox" deyib.

Oyun bu hesabla başa çatıb.

Bu qələbədən sonra lider "Qalatasaray" xalını 36-ya çatdırıb. "Samsunspor"un isə 25 xalı var. 

Zülfiyyə Mustafayeva

MİA.AZ