Türkiyə sper liqasında "Fənərbağça" ilə "Qalatasaray" komandalar bu gün üz-üzə gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, saat 21.00-da Kadıköydə qarşılaşan komandalar aşağıdakı heyətlə meydana çıxıblar:
"Fənərbağça": Ederson; Semedo, Skriniar, Oosterwolde, Levent; İsmayıl, Alvarez; Nene, Asensio, Kerem və Duran.
"Qalatasaray": Uğurcan; Sanchez, Lemina, Abdülkerim, Kazımcan; Torreira, Sara; Sane, İlkay, Barış Alper və Osimhen.
Gərgin davam edən oyunun 27-ci dəqiqəsində "Qalatasaray"lı Lory Sane hesabı açıb - 0:1.
İlk hissəyə 5 dəqiqə əlavə olunsa da, hesab dəyişməyib.
90+5-də isə "Fənərbağça" hesaba tarazılıq gətirib.
Bərabərlik qolunu Con Duran vurub - 1:1.
Oyun bu hesabla başa çatıb.
Bu nəticədən sonra lider "Qalatasaray" xalını 33-ə, "Fənərbağça" isə 32-yə çatdırıb.
Fərid ASLAN
Mia.az