CHP sədri Özgür Özel Kamal Kılıçdaroğlunun 20 milyondan çox izlənilən partiyaya yönəlik tənqidi çıxışına münasibət bildirib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, Kamal Kılıçdaroğlunun Əkrəm İmamoğlunu nəzərdə tutaraq "partiya siyasi təmizlənməyıə getməlidir" və "CHP "Terrorsuz Türkiyə" siyasətində yer almalı, İmralıya heyət göndərməliydi" və sair bu kimi çağırşlarına cavab olaraq bildirib ki, CHP heç vaxt öz silahdaşlarını darda qoymaz: "Siyasiləşmiş məhkəmə sistemində sübutsuz ittihamlara o cür yanaşma qəbuledilməzdir. CHP İmamoğlunun üzərinə heç vaxt beton tökməyəcək. Ümid edirəm ki, cənab Kamal bəyin o açıqlaması partiya tarixində istisna olaraq qalacaq. Onu  qurultaya da dəvət edəcəyəm"

Firudin Səfərli
MİA.AZ